Françeska Albanese Şərqi Qüdslə bağlı xəbərdarlıq edib

BMT-nin xüsusi məruzəçisi Françeska Albanese İsrailin Qəzzada törətdiyi soyqırımın işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsə sıçrayacağı ilə bağlı xəbərdarlıq edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Hollandiyada "Anadolu" agentliyinə müsahibə verən Albanese 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər İsrailin hücumlarının artdığını, 830 fələstinlinin öldürüldüyünü və 300-dən çox insanın saxlanıldığını qeyd edib. O, əsirlərin əksəriyyətinin işgəncələrə məruz qaldığını, zorlandığını və hətta həbsdə öldüyünü bildirib. Albanese qeyri-qanuni məskunlaşanlar tərəfindən həyata keçirilən zorakılığı pisləyib və dünyanı hərəkətə keçməyə çağırıb. "Bunun soyqırım olduğu qənaətinə gəlməsəniz belə, bunun əhəmiyyəti yoxdur. Soyqırımın qarşısının alınması öhdəliyi hələ də mövcuddur", – deyə Françeska Albanese vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə