Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu iqlim böhranının təhsilə təsiri ilə bağlı hesabat dərc edib.
SİA-nın məlumatına görə, hesabatda istilik dalğaları, tropik siklonlar, tufanlar, daşqınlar və quraqlığın təhsilə təsir edən ekstremal iqlim hadisələri arasında yer aldığı və bu vəziyyətin davam edən təhsil böhranını daha da dərinləşdirdiyi bildirilib.
2024-cü ildə məktəblərin bağlanmasına səbəb olan ən çox görülən iqlim təhlükəsinin isti hava dalğaları olduğu qeyd edilən hesabatda təkcə aprel ayında 118 milyon şagirdin bu vəziyyətdən təsirləndiyi bildirilib.
Hesabatda 2024-cü ildə ekstremal iqlim hadisələri səbəbindən 85 ölkədə ən azı 242 milyon tələbənin təhsilinə ara verdiyi, Cənubi Asiyanın iqlimlə bağlı təhsil pozuntularından ən çox təsirlənən bölgə olduğu və 128 milyon şagirdin təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldığı açıqlanıb.
Hesabatda ekstremal iqlim hadisələrindən təsirlənən tələbələrin təxminən 74 faizinin aşağı və aşağı orta gəlirli ölkələrdə olduğu, digər tərəfdən isə heç bir bölgənin bu vəziyyətdən tamamilə kənarda olmadığına diqqət çəkilib. Bildirilir ki, 2024-cü ilin sentyabrında İtaliyada yağan güclü yağış və daşqınlar 900 mindən çox şagirdin, oktyabr ayında isə İspaniyada 13 min tələbənin təhsilinin dayandırılmasına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə