"Tapıb məhv edəcəm..."

Mask onu Rusiya ilə əlaqələrdə ittiham edənləri hədələyib

...ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək hökumətində Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamentinin rəhbərlərindən biri təyin edilən milyarder İlon Mask bildirib ki, onu Rusiya ilə təmasda ittiham edənləri “tapıb məhv edəcək”.

SİA-nın əldə etdiyi məlumata görə, bu yazı onun X sosial şəbəkəsindəki səhifəsində yer alıb.

Maskın təhdidləri milyarderin Moskva ilə "iddia edilən təmaslarını" araşdırmaq tələbi ilə Pentaqona və ABŞ Ədliyyə Nazirliyinə müraciət edən demokrat senatorlar Ceyn Şaxin və Cek Rid-in arxasında duranlara ünvanlanıb.

...Mən bu ittihamları kimin səsləndirdiyini öyrənəcəyəm və onları məhv edəcəm. Onlar (senatorlar Şahin və Rid - Red.) sadəcə kuklalardır. Bunu əslində kim yazıb bu axmaqlara imza atdırıb?.

Belə görünür ki, Musk ona qarşı irəli sürülən ittihamlardan hiddətləndi.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Maskla bağlı vəziyyəti şərh edərkən amerikalı senatorlara biznesmenin Moskva ilə əlaqələrini axtarmaq əvəzinə, ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qətli və ölkənin hazırkı lideri Cozef Bayden ilə bağlı korrupsiya faktlarını araşdırmağı tövsiyə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə