Partlayışa görə yük maşınının sürücüsü həbs edilib

Partlayışa görə yük maşınının sürücüsü həbs edilib

...Məhkəmə Qroznıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışdan sonra mayeləşdirilmiş neftlə dolu yük maşınının sürücüsünü həbs edib.

SİA xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsindən məlumat verilib.

Həmin şəxs ehtiyatsızlıqdan insanların həyatından məhrum edilməsi ilə nəticələnən təhlükəli xidmətlər göstərməkdə şübhəli bilinir.

Xatırladaq ki, oktyabrın 12-də Qroznının Baysanqurovski rayonunda “LIONTEK” yanacaqdoldurma məntəqəsində yanğın baş verib.

İstintaqın məlumatına görə, yanğın sürücünün ərazidə işləyərkən təhlükəsizlik tələblərini pozması nəticəsində baş verib.

Hadisə nəticəsində 4 nəfər həlak olub. Onların arasında iki azyaşlı uşaq da var.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə