Biz Zaporojya vilayətində Levadnoye qəsəbəsini tutduq - Rusiya

Rusiya ordusu Zaporojya vilayətində Levadnoye qəsəbəsini nəzarətə götürüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukrayna müharibəsində gördüyü işlər barədə məlumat verilib.

Rusiya ordusunun Ukraynada cəbhədə irəlilədiyi bildirilən açıqlamada deyilib: “Cənub Hərbi Qrupu qoşunları Zaporojyadakı Levadnoye qəsəbəsini azad edərək, sərfəli mövqelər əldə etdi".

Rusiya prezidenti Vladimir Putinin 30 sentyabr 2022-ci ildə imzaladığı fərmanla Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri qanunsuz olaraq ilhaq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə