Mülki Aviasiya Təşkilatı İran İnternational-a bildirib ki, əməliyyat məhdudiyyətləri səbəbindən bu gün səhər saat 21:00-dan yerli vaxtla 7 oktyabr səhər 6:00-a qədər İran hava məkanında bütün uçuşlar ləğv edilib.
Sərnişinlərdən əlavə məlumat üçün aviaşirkətlərlə əlaqə saxlamaları istənilib və pulların geri qaytarılması ilə bağlı narahat olmamaları eləcə də pullarını geri alma yollarının daha sonra açıqlanacağına əminlik verilib.
SİA-nın əldə etdiyi məlumata görə, İran silahlı qüvvələrindəki Tasnim mənbəsi Tehranın İsrail tərəfindən hər hansı addım atacağı təqdirdə ona cavab verməyə hazır olması barədə danışıb.
Təl-Əvivin nə etməsindən asılı olaraq, cavab zərbəsi üçün bir neçə variant hazırlanıb.
Qeyd edək ki, sonuncu dəfə İranın hava məkanı bir neçə gün əvvəl, oktyabrın 2-də İsrailə kütləvi raket hücumundan əvvəl bağlanmışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə