Tramp Pensilvaniyada seçicilərə qeyri-adi söz verib

...Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp oktyabrın 5-də seçkiqabağı mitinqində deyib ki, yenidən seçiləcəyi təqdirdə ABŞ onun prezidentlik müddəti bitməmiş “Marsa çatacaq”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Sky News yazır.

Qeyd edək ki, mitinq sentyabrın 15-də Trampın öldürüldüyü Pensilvaniya ştatının Batler şəhərində keçirilib.

Tədbirdə Marsın kolonizasiyasını müdafiə edən və oraya kosmik gəmilər göndərməyi planlaşdıran Tesla və SpaceX-in qurucusu İlon Maskın çıxışı olub.

Sahibkar deyib ki, Tramp “Konstitusiyanı qorumaq” və “Amerikada demokratiyanı qorumaq” üçün gələn ay keçiriləcək prezident seçkilərində qalib gəlməlidir.

...Bu, mütləq qazanmalı bir vəziyyətdir.

Bunu da Mask deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə