Kremlin sözçüsü Dmitri Peskov İsrailin Livan və Suriyaya hücumları ilə hərbi əməliyyatların bölgəyə yayıldığını və bunun nəticəsində yaranan gərginliyin bütün bölgə və ətrafı üçün “son dərəcə dağıdıcı” olduğunu bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Peskov İsrailin Livan ərazisindəki bəzi nöqtələrə quru işğalı hücumları və Suriyanın paytaxtı Dəməşqə hava hücumları ilə bağlı qiymətləndirmələr edib.
Rusiyanın Suriya ilə daim təmasda olduğunu bildirən Peskov deyib: "Hazırda birbaşa risk görmürük. Amma suveren dövlətə qarşı edilən bu cür hücumları qınayırıq".
İsrailin hücumları ilə hərbi əməliyyatların bütün bölgəyə yayıldığına diqqət çəkən Peskov həmçinin bildirib: "Bütün bunlar bölgənin daha da sabitsizləşməsinə və gərginliyin artmasına gətirib çıxarır. Bu gərginlik bütün bölgə və ətraf üçün son dərəcə dağıdıcıdır. Dərin narahatlığımız davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə