ABŞ insan haqlarını ciddi şəkildə pozduqlarına görə gürcü rəsmilərinə və ekstremistlərə sanksiya tətbiq edib.
SİA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət Ofisi dinc nümayişçilərə və siyasi müxaliflərə qarşı zorakılığa görə Gürcüstanın iki hökumət rəsmisi, həmçinin iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Gürcüstan Hökumətinin xüsusi tapşırıqlar departamentinin rəhbəri Zviad Xarazişvili, Give Xareva və onun müavini Miller Laqazauri, “Alt-İnfo”nun təsisçisi Konstantin Morqoşiya və Zurab Maxaradze ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə