“Ruslar üçün bütün problemlər 2025-ci ilin yayında başlayacaq”..?

Baş Kəşfiyyat İdarəsinin rəhbəri bildirib ki, Rusiyada iqtisadi tənəzzül artıq “ağrılı və nəzərə çarpan”dır

...Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov hesab edir ki, 2025-ci ildə ruslar maliyyə-iqtisadi problemlər və orduda çatışmazlıqlarla üzləşəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, LIGA.net-in müxbiri xəbər verir ki, Budanov bu fikri Yalta Avropa Strategiyasının iclasında bildirib.

...Baş Kəşfiyyat İdarəsinin rəhbərinin sözlərinə görə, Rusiyada iqtisadi tənəzzül artıq ağrılı və nəzərə çarpandır və buna görə də ruslar indi bunun nəticələri ilə mübarizə aparırlar.

Budanov, bu gün Rusiyada müharibə yorğunluğu hissi olduğunu və bunun işğalçı dövlətin əhalisinin böyük bir təbəqəsinə təsir etdiyini deyir.

Amma o, sadə rusiyalıların belə Ukraynada işğalçıların hərbi nailiyyətlərinə sevindiklərini deyir.

...Başqa bir cəhət də var. Bu gün Rusiya ordusunda yüksək maaşlar var. Orduya gələ müqavilə imzalanarkən birdəfəlik ödəmədən, həmçinin ölümdən sonra və ya ağır yaralara görə alacağı ödənişlərdən məmnundur.

Budanov onu da bildirib ki, hərbi xidmətə qəbulun azalması fonunda regionlar müqavilə imzalayarkən birdəfəlik ödənişləri artırıblar. Bəzi yerlərdə onlar Rusiya Federasiyasının şərq və mərkəzi bölgələri üçün "böyük vəsaitlər" olan 2 milyon rubla qədərdir.

Baş Kəşfiyyat İdarəsinin rəhbərinin sözlərinə görə, məhz 2025-ci ilin yayında ruslar orduda qıtlıqla üzləşəcəklər. Təcavüzkar dövlətin rəhbərliyi dilemma qarşısında qalacaq: ya səfərbərlik elan etmək, ya da onlar üçün kritik ola biləcək hərbi əməliyyatların intensivliyini azaltmaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə