Ukrayna Kurskda 74 yaşayış məntəqəsinə nəzarət edir

Ukrayna Kurskda 74 yaşayış məntəqəsinə nəzarət edir

...Ukrayna Kursk vilayətində 74 yaşayış məntəqəsini nəzarətə götürə bilib. Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin irəliləməsi davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna prezidenti Vladimir Zelenskiyə məruzəsində bildirib.

Ukrayna dövlətinin başçısı bildirib ki, Sırski ilə daim əlaqə saxlayır. Ümumilikdə cəbhədəki vəziyyət və Kursk vilayətində Ukrayna əməliyyatı haqqında məlumat verilir.

Sırskinin Zelenskiyə dediyi kimi, bu gün Kursk vilayətində ukraynalı müdafiəçilər müəyyən istiqamətlərdə 1 kilometrdən 3 kilometrə qədər irəliləyə biliblər.

40 kvadrat kilometr ərazi nəzarətə götürülüb.

...Bu gün 74 yaşayış məntəqəsi bizim nəzarətimizdədir. Bütün cəbhə xəttində döyüşlər gedir. Hərbi əməliyyatların yüksək intensivliyinə baxmayaraq, vəziyyət nəzarət altındadır. Biz əməliyyatı davam etdiririk.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı bildirib.

Öz növbəsində, Ukrayna prezidenti mübadilə fondunu doldurduğuna görə ukraynalı hərbçilərə təşəkkür edib, çünki bu, hərbi əsirlərin mübadiləsinə imkan verəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə