Almaniyadan dönər etirazı

Dönərin qeydiyyatı üçün ABŞ-a edilən müraciətə Almaniyadan etiraz gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, etirazın Almaniya hökumətindən deyil, türk dönər istehsalçılarından gəlməsi prosesi daha da qarışdırıb. Dönərin ABŞ-da Türkiyədən fərqli istehsal olunması bir növ türkləri türklərə qarşı qoyub.

Türkiyə tərəfindən edilən müraciət 24 aprel tarixində ABŞ Rəsmi Qəzetində dərc olundu və üç aylıq etiraz prosesi başladı. Son tarixə az qalmış Almaniyadakı dönər istehsalçıları Almaniyanın müvafiq qurumlarına müraciət ediblər. Almaniyanın müvafiq nazirliyi də Brüsselə 10 etiraz göndərib. Etirazlar Almaniya hökumətinin rəsmi siyasətini deyil, alman istehsalçılarının yanaşmasını əks etdirir.

Ərizədə dönərin heyvan ətinin hansı növ və yaşda istifadə edilməsi, ətin hansı qalınlıqda və necə kəsiləcəyi, kəsim üsulunun necə olması kimi detallar yer alır. Əgər bu təklif qeydə alınarsa, Almaniyada istehsal olunan və bu tərifə uyğun gəlməyən dönərlər tərifə uyğunlaşdırılmalı olacaq. Bu, çox ciddi iqtisadi problem yaratmaq riski daşıyır. Tərifə uyğun gəlmirsə, ad dəyişikliyi tələb olunacaq.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə