İyulun 17-də koronavirusa yoluxan ABŞ prezidenti Cozef Baydenin vəziyyəti hazırda yaxşılaşmağa doğru gedir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti Baydenin müalicə həkiminə istinadən bildirib.
Bununla belə, Baydenin hələ də öskürəyi var və səsi xırıldayır, lakin onun vəziyyəti davamlı şəkildə yaxşılaşmağa doğru gedir.
Amerika liderinin nəbzi, qan təzyiqi, bədən istiliyi və nəfəs alması normaldır.
...Prezident müalicəyə yaxşı dözməkdə davam edir və Paxlovidi planlaşdırıldığı kimi qəbul etməyə davam edəcək. O, prezidentin bütün vəzifələrini yerinə yetirməkdə davam edir.
Bunu da prezidentin müalicə həkimi deyib.
Ağ Ev bildirib ki, Bayden iyulun 17-də COVID-19 üçün müsbət test edib. Amerika liderinin nümayəndələri bildiriblər ki, o, Delaverdəki iqamətgahına qayıdacaq, burada özünütəcrid rejiminə keçəcək və dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə