...Ukrayna Silahlı Qüvvələri tərəfində döyüşmüş Polşa vətəndaşı Tomaş Senkala dünyasını dəyişib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Polşanın PAP agentliyi yazıb.
KİV-in məlumatına görə, Senkala iyulun 13-də Kremenski rayonunun Dibrova kəndində gedən döyüşlər zamanı həlak olub.
O, 2023-cü ilin sentyabrında Ukraynanın Beynəlxalq Ərazi Müdafiə Qüvvələri legionuna qoşulub.
Polşalı ilə vida mərasimi iyulun 20-də Kiyevdə baş tutub və Polşa konsulu da iştirak edib.
Mərhum Polşanın şərqindəki Lyublin voyevodalığında dəfn ediləcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə