İran bir-iki həftə ərzində nüvə silahında istifadə olunan parçalanan materialı istehsal edə biləcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Koloradoda Aspen Təhlükəsizlik Forumu zamanı bildirib.
Xarici siyasət departamentinin rəhbəri qeyd edib ki, Tehranla “nüvə sazişi”nin iflasa uğraması səbəbindən sonuncu parçalanan materialların istehsalı texnologiyasının potensialını sürətlə artırır.
Blinken, nüvə silahı üçün parçalanan materialın istehsalında irəliləyişdən ən azı bir il uzaq olmaq əvəzinə, indi yəqin ki, bir və ya iki həftə olduğunu deyib.
Eyni zamanda, dövlət katibi İranın hələ də nüvə silahı hazırlamamasına aydınlıq gətirib.
...Və öz növbəsində ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Çarlz Braun Blinkenin məlumatlarını şərh edib.
...Bunun üçün seçimlərimiz var. Biz hazırıq.
Amerikalı general Çarlz Braun bildirib bunu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə