Özbəklə tacik Samarada rus deputatı döyüblər..?

...Özbəkistan və Tacikistan vətəndaşları Samarada Dövlət Dumasının deputatı Mixail Matveyevin həyatına sui-qəsddə ittiham olunublar. İş üzrə ittiham olunan üçüncü şəxs 16 yaşlı yerli sakindir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, iyulun 18-də axşam saatlarında təqsirləndirilən şəxslər Samara Sənaye Məhəlləsində küçədə olublar.

Onlar ictimai asayişi pozaraq özlərini itaətsiz və kobud aparıblar. Dövlət Dumasının deputatı və onun sürücüsü qanunsuz hərəkətləri dayandırmağa çalışıb, daha sonra təqsirləndirilən şəxs onlara hücum edib.

19 yaşlı Özbəkistan və Tacikistan vətəndaşları saxlanılıb. Onlar, eləcə də 16 yaşlı yerli sakin Dövlət Dumasının deputatını və onun sürücüsünü öldürməyə cəhddə ittiham olunublar.

İstintaq xarici vətəndaşların Rusiya ərazisində qalmasının qanuniliyini qiymətləndirəcək. Həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatətlər göndərilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə