Ukraynanın keçmiş xalq deputatı İrina Farion Lvovda güllələnib

Lvovda iyulun 19-u cümə günü axşam saatlarında naməlum şəxslər Ukraynanın keçmiş xalq deputatı İrina Farionu güllələyiblər.

O, xəstəxanaya yerləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Lvov Şəhər Şurasının deputatı İqor Zinkeviçə istinadən bildirib.

Onun sözlərinə görə, Farion sağdır, lakin vəziyyəti ağırdır. ...Qonşular atəş açanları görüblər, o, əlcək geyinib və silah səsboğucusuz olub.

Bunu Zinkeviç bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə