Tramp Zelenski ilə danışıb...

...ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 19-da Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığı aparıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CNN mənbələrə istinadən yazıb.

Mənbələr bildiriblər ki, bu Tramp Ağ Evi tərk etdikdən sonra ilk söhbət olub.

...Və o da deyilir ki, Amerika lideri dəfələrlə dövlət başçısı seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoymaq istədiyini bildirib.

ABŞ prezidentliyinə namizəd Donald Trampın keçmiş köməkçisi Riçard Qrenell Kiyev və Moskva arasında sülh razılaşmasının lehinə danışıb.

O, Ukraynada muxtar vilayətlərin yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu ssenari Ukrayna hakimiyyəti üçün ən sərfəli ssenaridir, çünki Kiyev hərbi əməliyyatların dayandırılmasına nail olacaq və ölkə ərazilərinin bir hissəsini özündə saxlayacaq.

Xatırladaq ki, iyulun 5-də Macarıstanın baş naziri Viktor Orban “sülh missiyasını” davam etdirmək üçün Moskvaya səfər edib.

Bundan əvvəl Orban Avropa İttifaqına sədrlik edən ölkənin lideri kimi Ukraynaya səfər edib. Macarıstanın baş naziri səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Söhbətdə Orban Ukrayna liderinə atəşkəs üçün şərtlər təklif edib. Baş nazirin daha sonra dediyi kimi, Zelenski onları rədd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə