Kiyev rejiminin himayədarları da məsuliyyət daşıyırlar...

Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Zaporojye AES işçilərinə qarşı terrorda ittiham edib
Kiyev rejiminin himayədarları da məsuliyyət daşıyırlar...

...Kiyev rejimi və onun Qərb himayədarları Zaporojye AES-in işçilərinə qarşı terrora və dinc nüvə obyektlərinin təhlükəsizliyinə etinasız yanaşmağa görə məsuliyyət daşıyırlar.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Zaporojye Atom Elektrik Stansiyasında baş vermiş insidentlə bağlı şərhi XİN-in saytında dərc olunub.

...Zelenski rejimi tərəfindən həyata keçirilən terror aktının məqsədi Enerqodarda vəziyyəti qeyri-sabitləşdirmək və zavod işçilərini qorxutmaqdır. Və nəticədə - Zaporojye AES-in təhlükəsizliyinə təhdidlər yaratmaqdır.

Bunu Zaxarova vurğulayıb.

Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Raduqa yarımstansiyasına endirdiyi zərbə ilk dəfədir ki, Zaporijye AES-in əməkdaşları bilərəkdən təhlükə qarşısında qalıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə