İspaniyada nifrət cinayətləri rəqəmləri

İspaniyada nifrət cinayətləri 2023-cü ildə bir il əvvəllə müqayisədə 21,3 faiz artıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri tərəfindən 2023-cü ildə ümumilikdə 2268 nifrət cinayəti araşdırılıb və 2022-ci ilə müqayisədə 21,3 faiz artım müşahidə olunub.

Hər 10 nifrət cinayətindən 4-ü irqi və ksenofobiya xarakteri daşıyır. Bundan sonra cinsi zorakılıq və ideoloji səbəblərdən doğan cinayətlər gəlir.

Nifrət cinayətlərinə məruz qalanların 62,1 faizi İspaniya vətəndaşlarıdır. Xarici ölkə vətəndaşları arasında isə ən çox immiqrant əhalisi olan Mərakeş və kolumbiyalılar birinci yerdədir.

Qeyd olunub ki, İspaniyada "Facebook", "İnstagram", "TikTok" və "X" kimi sosial media şəbəkələrində yetkinlik yaşına çatmayan və valideynləri olmayan qeyri-qanuni immiqrantlar ən çox hədəfə alınanlar arasındadır. Həmçinin bildirilib ki, İspaniyada 2023-cü ildə sosial şəbəkələrdə irqçi, ksenofob, antisemit və ya islamofob kimi nifrət məzmunlu 2655 hadisə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə