Sevastopol üzərində dörd hava hədəfi vurulub...

Sevastopolda növbətçi hava hücumundan müdafiə sistemləri işə düşüb. İlkin məlumatlara görə, akvatoriya üzərində səmada və Balaklava ərazisində 4 hava hədəfi məhv edilib. Şəhər qubernatoru Mixail Razvojayev bildirib ki, qırıntılar sahil zonasına və Balaklava rayonuna düşüb. SİA bu barədə rus saytlarına istinad edir.

Bundan əvvəl qubernator sakinlərə raket təhlükəsi barədə xəbərdarlıq edib. Sevastopol sakinlərini sakit olmağa, təhlükəsizlik tədbirlərinə riayət etməyə, müvəqqəti sığınacaqlarda və ya təhlükəsiz yerlərdə qalmağa çağırılıb. Əsas odur ki, açıq məkanda olmasın.

...Daha sonra vurulan hədəflərlə bağlı mesaj peyda olub. İlkin məlumata görə, hücum dəf edilib, mülki infrastruktura dəyən ziyanla bağlı məlumatlar dəqiqləşdirilir.

Razvojaev şəhər sakinlərinə xatırladıb ki, təhlükəli tapıntılar barədə dərhal 112-yə məlumat verilməlidirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə