Putin Züqanovu Əmək Qəhrəmanı adına layiq görüb

Rusiya liderı Vladimir Putin 80 yaşı tamam olan Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanova Əmək Qəhrəmanı adının verilməsi haqqında fərman imzalayıb.

Sənədə əsasən, Zyuqanov “Rusiya dövlətçiliyinin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə” adına layiq görülüb.

SİA xatırladır ki, Zyuqanov 1993-cü ilin fevralından Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsinin sədridir. Elə həmin ildən Rusiya Federasiyası Dövlət Dumasının deputatı vəzifəsində çalışır. O, dörd dəfə - 1996, 2000, 2008, 2012-ci illərdə Rusiya Federasiyasının prezidentliyinə namizəd olub.

Siyasətçi hər dəfə ikinci yeri tutub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə