Türkiyədə taksi sürücüləri üçün təhlükə xəbərdarlığı düyməsi tətbiq edilir

Türkiyədə taksi sürücülərinə qarşı hücumların artması fonunda təhlükə xəbərdarlığı düymələrinin tətbiqinə başlanılıb. Onların vasitəsilə hadisə yerinə operativ şəkildə yaxınlıqdakı polis və ya jandarm qüvvələri, eləcə də bələdiyyə əməkdaşları gəlir. SİA xəbər verir ki, ilkin mərhələdə layihə iyun ayından başlayaraq böyük şəhərlərdə həyata keçirilir.

Sərnişin tərəfindən hər hansı təcavüz, təhdid və ya soyğunçuluğa cəhd olarsa, sürücü TAKSİ SOS düyməsini basaraq, polis, jandarmeriya və bələdiyyəni məlumatlandırmış olur.

Təhlükə siqnalı avtomobilin damında quraşdırılmış taksi lövhəsində də görünür.

Yaxın vaxtlarda təhlükə xəbərdarlığı sistemi İstanbulun bütün taksilərində tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə