“Vətən naminə Tavuş” müxalif hərəkatı İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirir. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, polis aksiya iştirakçılarını saxlamağa başlayıb.
İndiyə olan məlumatda 3 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, hazırda İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə hökumətin iclası keçirilir. Bina müxtəlif polis qüvvələri tərəfindən əhatəyə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə