Ölkənin müdafiə sənayesi “müharibə rejiminə” keçir..?

Böyük Britaniya ölkənin müdafiə sənayesini “müharibə rejiminə” keçirəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu baş nazir Rişi Sunak bildirib.

Hökumət başçısı qeyd edib ki, London 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 2,5 faizinə çatdırmaq niyyətindədir.

O, altı il ərzində krallığın hakimiyyət orqanlarının hərbi sənaye kompleksinə əlavə olaraq 75 milyard funt sterlinq sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Sunak daha əvvəl bildirmişdi ki, Böyük Britaniya Kiyevə son illərin ən böyük hərbi yardım paketini göndərəcək.

Paketə 1600-dən çox raket, 4 milyon patron, 60 qayıq və 400-dən çox müxtəlif tipli maşın daxildir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə