Misirin XİN rəhbəri Türkiyəyə səfər edəcək

Türkiyə Qəzza mövzusunda diplomatik görüşləri davam etdirir.
Misirin xarici işlər naziri Semih Şükri türkiyəli həmkarı Hakan Fidanın dəvəti ilə sabah Türkiyəyə gələcək.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Hakan Fidan həmkarı ilə İstanbulda görüşəcək.
Görüşdə Qəzzadakı son vəziyyət və bölgədəki inkişaflar və Türkiyə ilə Misir arasındakı münasibətlərin bütün aspektləri müzakirə olunacaq.
Görüşdən sonra tərəflər birgə mətbuat konfransında çıxış edəcəkşlər.

Bütün xəbərlər Facebook səhifəmizdə