Türkiyə şəhərlərində kütləvi etiraz aksiyaları keçirilib..?

...Türkiyənin bir sıra şəhərlərində küçələrdə atışma və təkərlərin yandırılması ilə müşayət olunan kütləvi etiraz aksiyaları keçirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Shot Telegram” kanalı yazıb.

...Van əyalət seçki komissiyasının kürd tərəfdarı DEM namizədi Abdullah Zeydanın seçkilərdən kənarlaşdırılması qərarından sonra ən azı altı böyük şəhərdə kütləvi nümayişlər başlayıb.

Bundan əvvəl o, qalib gəlsə də(?), mandat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyasından olan namizədə verilib.

...Gərgin vəziyyətlə əlaqədar yerli hakimiyyət orqanları aprelin 3-dən aprelin 17-dək kütləvi toplantıları qadağan edib. Buna baxmayaraq sosial şəbəkələr və Kürdüstan Fəhlə Partiyasına yaxın media qurumları sakinləri küçələrə çıxmağa çağırır.

Shot-un xəbərinə görə, onlarla insan polislə döyüşə başlayır, küçələrdə atəş açılır, təkərləri yandırır və asayiş keşikçilərinə molotof kokteyli atırlar.

Bundan əvvəl hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik, Türkiyə hakimiyyətinin bələdiyyə seçkilərinin nəticələrindən sonra növbədənkənar ümumi və prezident seçkilərini elan etməyi planlaşdırmadığını bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə