Qazaxıstan hakimiyyəti təkzib edir...

Qazaxıstan Tatarıstan istiqamətində pilotsuz təyyarənin buraxılması üçün Ukraynaya ərazi-filan verməyib...

...Qazaxıstan hakimiyyəti Tatarıstandakı obyektlərdə pilotsuz uçuş aparatının buraxılması üçün ölkə ərazisinin Ukrayna Silahlı Qüvvələrinə verilməsi ilə bağlı məlumatı təkzib edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.

Telegram kanallarında yayılan saxta məlumatlar reallığa uyğun gəlmir, ölkənin müdafiə nazirliyi bildirib.

Bundan əlavə, Qazaxıstan hakimiyyəti vurğulayıb ki, xarici siyasət insidentləri, o cümlədən Ukrayna ətrafındakı vəziyyətlə bağlı bütün etibarlı məlumatlar yalnız rəsmi mənbələr tərəfindən dərc olunur.

...Xatırladaq ki, çərşənbə axşamı, aprelin 2-də səhər Ukrayna ilk dəfə olaraq Tatarıstana pilotsuz təyyarələrlə hücum edib. Onu da xatırladaq ki, bu region Rusiya-Ukrayna sərhədindən təxminən 1500 kilometr aralıda yerləşir.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri yalnız sərhədyanı rayonlara və Ukraynaya yaxın bölgələrə, o cümlədən Bryansk, Belqorod və Tula vilayətlərinə hücum edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə