“Chanel” Rusiyadakı mağazaların sayını sanksiyalara görə azaldır

“Chanel” Rusiyadakı mağazaların sayını sanksiyalara görə azaldır

...Fəaliyyətini dayandırdığını elan edən, lakin Ukraynada müharibə başlayandan sonra Rusiyanı rəsmən tərk etməyən Fransanın “Chanel” şirkəti brendin butiklərinin yerləşdiyi binaları icarəyə verməkdən imtina etməyə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant”a daşınmaz əmlak bazarındakı üç mənbə bildirib.

Maraqlıdır ki, “Chanel” nəşrin sorğusuna cavab verməyib.

Qeyd edilməlidir ki, iki il əvvəl “Chanel”-in Rusiyada, əsasən də Moskvada olmaqla 17 butiki olub. Onlardan ən azı beşi hazırda brendin saytında yoxdur.

Beləliklə, “Afimall” ticarət mərkəzi nəşrə təsdiqləyib ki, “Chanel” icarə müqaviləsini “məxfi məlumat təşkil edən” şərtlərlə ləğv edib.

Nəşrin iki həmsöhbətinin sözlərinə görə, şirkət həmçinin brendin flaqman mağazasının yerləşdiyi Moskvadakı “Geneva House” biznes mərkəzində yerin tərk edilməsi məsələsini də müzakirə edir.

“Kommersant”ın Sankt-Peterburq daşınmaz əmlak bazarındakı mənbəsi bildirib ki, brendin şəhərdəki satış məntəqələrindən biri müqaviləsini bitirir və bu,.. çətin ki, yenilənsin.

Mütəxəssislərin fikrincə, digər lüks brendlər də bu yolla gedəcəklər, çünki satıcılar Rusiyaya 300 avrodan çox dəyərində geyim və aksesuarların idxalına qarşı Qərbin sanksiyalarının ləğv edilib-edilməyəcəyini başa düşmürlər.

Yeri gəlmişkən, 2022-ci ilin fevral ayının sonundan etibarən “Christian Dior”, “Louis Vuitton”, “Celine”, “Kenzo”, “Givenchy”, həmçinin “Kering”, “Burberry” və digərlərinin daxil olduğu Hermès, LVMH lüks sənaye şirkətləri Rusiyanı tərk edib.

Və sonda... “Chanel” MMC-nin 2022-ci ildə gəliri təxminən 76 faiz azalaraq dörd yarım milyard rubla, xalis zərər isə təxminən iki milyard rubl təşkil edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə