Rusiyanın “Sergei Kotov” hərbi gəmisi vurulub..?

Deməli, martın 5-nə keçən gecə rusların nəzarətində olan Krımda insanlar çoxsaylı partlayışlardan şikayətləniblər. Sonradan məlum olub ki, Ukrayna yarımadası sahillərində Rusiyanın “Sergei Kotov” hərbi gəmisinə hücum edilib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə şahidləri rus gəmisinin yan tərəfində güclü partlayışın baş verdiyi anı lentə alıblar.

Müvafiq video Rusiyanın Telegram kanalları tərəfindən yayımlanıb.

Həmçinin səsyazmada, çox güman ki, ağır pulemyotdan güclü atəş səsləri eşidilir. İlkin məlumatlara görə, rus işğalçıları bu yolla gəmiyə hücum edən dəniz pilotsuz təyyarələrini məhv etməyə cəhd ediblər.

Bu arada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mənbələri müvəqqəti işğal olunmuş Krımda ukraynalı müdafiəçilərin Rusiyanın Qara Dəniz Donanmasının “Sergey Kotov” patrul gəmisini məhv etməsi barədə məlumatı təsdiqləyiblər.

Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz təyyarələr düşmən gəmisinə hücum edib. İdarədən onu da əlavə ediblər ki, hazırda rus gəmisinin ekipajının taleyi dəqiqləşdirilir.

Yeri gəlmişkən, patrul gəmisi olan "Sergey Kotov" 76,2 mm-lik AK176MA silah qurğusu ilə silahlı olub. O, həmçinin 300 km məsafəni qət edən Pozitiv-MK RLS ilə də təchiz edilmişdi.

...Gəminin ekipajı 80 nəfərdən ibarət olub və gəmi helikopter meydançası ilə də təchiz edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə