Abbas Qallyamov hərbi saxtakarlıq işi üzrə qiyabi həbs edilib

Moskva məhkəməsi politoloq Abbas Qallyamovu Rusiya ordusu ilə bağlı qondarma saxtakarlıq işi üzrə qiyabi həbs edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bildirilir ki, Qalyamov cinayət maddəsinin üçüncü hissəsi ilə “Rusiya ordusu haqqında ağır nəticələrə səbəb olan bilərəkdən yalan məlumat yayma” ilə ittiham olunur.

Buna əsasən, politoloqu 10 ildən 15 ilə qədər həbs gözləyir.

...Qeyd edək ki, Qallyamovun 2023-cü ilin martında Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verildiyi məlum olub. Ona qarşı “Rusiya ordusu haqqında saxtakarlıq” maddəsi ilə cinayət işi açılıb, buna səbəb YouTube kanalı “Qroşi”yə 9 aprel 2022-ci il tarixli müsahibəsi olub. İddialara görə, o, orada Ukraynada məskunlaşmış ərazilərin dağıdılması və Buçada dinc əhalinin qətliamından danışıb.

Xatırladaq ki, Abbas Qalyamov siyasi elmlər namizədidir. 2008-2010-cu illərdə o, Rusiya prezidenti Vladimir Putinin çıxışçısı, yəni nitq müəllifi adlandırılıb. 2010-2014-cü illərdə Qallyamov Başqırdıstan Respublikası prezident administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.

... İndi o, İsraildə yaşayır. 2023-cü ilin fevralında Ədliyyə Nazirliyi onu xarici agentlər siyahısına daxil edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə