"Qəzzaya dəstək aksiyaları ekstremistlərin əlinə keçib" - RİŞİ SUNAK

Böyük Britaniyanın baş naziri Rişi Sunakın Qəzzaya dəstək aksiyalarının ekstremistlərin əlinə keçməsi ilə bağlı açıqlamalarına qeyri-hökumət təşkilatları və siyasətçilər sərt reaksiya verib. SİA xəbər verir ki, Sunak ifadəsində bildirib ki, son həftələrdə və aylarda ekstremist hadisələr və cinayətlərdə şokedici artım görünür.

İngiltərə küçələrində Qəzzaya dəstək aksiyalarının təhdid, təxribat və planlı şiddətə çevrildiyini müdafiə edən Sunak, ölkədəki yəhudi və müsəlmanların gündəlik həyatda müxtəlif təzyiq və çətinliklərlə üzləşdiyini bildirib.

Baş nazir açıqlamasında “Demokratiyamız hədəfdədir” deyə qeyd edib. O, fəalların bir çox təxribatçı aksiyalar təşkil etdiyini, millət vəkillərinin evlərində özlərini təhlükəsiz hiss etmədiklərini, hətta parlamentin təhlükəsizlik səbəbilə toplaşdığını iddia edib.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə