"Avropa silah istehsalı üçün müharibə iqtisadiyyatına keçməlidir"

...Avropa yeni müdafiə sənayesi strategiyasının bir hissəsi olaraq müharibə iqtisadiyyatına keçməli və daha tez, eləcə də daha çox silah istehsal etməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, “The Guardian” xəbər verir ki, bunu Avropa İttifaqının daxili bazar üzrə komissarı Tyerri Breton deyib.

O əlavə edib ki, Avropa müdafiəsi paradiqma dəyişikliyinə məruz qalmalıdır.

...Bu, həm də o deməkdir ki, Avropa müdafiə sənayesi bizim dəstəyimizlə daha çox risk götürməli və onları daha görünən etməlidir.

Avropa komissarı bildirib bunu.

Breton əlavə edib ki, Avropa öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalı, ona avropalı müttəfiqləri ilə birlikdə, həm də avtonom şəkildə hərəkət etməyə imkan verəcək müdafiə imkanları yaratmalıdır. O, NATO üçün Avropa sütununun yaradılmasının zəruriliyindən də danışıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə