Baltikyanı ölkələr ərazilərini minalayırlar..?

Baltikyanı ölkələr son həftələrdə piyada əleyhinə minaları qadağan edən beynəlxalq Ottava müqaviləsindən mümkün çıxmaq məsələsini müzakirə ediblər.

“The Washington Post” yazır ki, bu, Rusiyadan mümkün təhlükəyə hazırlıq üçün əraziləri minalamaq üçün lazımdır.

SİA-nın əldə etdiyi məlumata görə, Latviyanın müdafiə naziri Andris Spruds, ölkəsinin silahlı qüvvələrinə piyada əleyhinə minaların istifadəsi ilə bağlı beynəlxalq müqavilədən çıxmağın məntiqli olub olmadığını öyrənməyi tapşırıb.

Qeyd edək ki, indiyədək Litva, Latviya və Estoniya siyasətçiləri piyada əleyhinə minalardan istifadənin əleyhinə çıxış ediblər.

Materialda bildirilir ki, ordu tankları yavaşlatmaq və öz vətəndaşlarının gələcək nəsillərinə təhlükə yaradaraq NATO-nun möhkəmləndirilməsinə vaxt qazandırmaq üçün ucuz imkanları qiymətləndirir.

Spruds, faydaların mənfi cəhətləri, o cümlədən ictimaiyyət üçün risk və beynəlxalq reaksiyalardan daha çox olduğunu söyləyib.

Lakin hər üç ölkə artıq tank əleyhinə minalara və daha az təhlükəli sayılan digər döyüş sursatlarına sərmayə qoyurlar.

Yeri gəlmişkən, bu tip minalardan əlavə, Ottava Konvensiyası daha kiçik, uzaqdan idarə olunan minaların istifadəsinə də icazə verir.

Onu da xatırladaq ki, bu tip minalar köhnə tipli piyada əleyhinə minalardan qat-qat bahadır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə