Niderlandda körpü uçub - ölənlər var

Niderlandın Loxem şəhəri yaxınlığında tikilməkdə olan körpünün uçması nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət "X” sosial şəbəkəsində məlumat yayıb.

"Körpünün tikintisi zamanı insident baş verib”, - məlumatda qeyd edilib. Bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə