UNİCEF:''Qəzzada 17 min uşaq yetim qaldı''

UNİCEF:''Qəzzada 17 min uşaq yetim qaldı''

Oktyabrın 7-dən bu yana Qəzza zolağında 27 mindən çox fələstinlini qətlə yetirən İsrail hücumlarını aramsız olaraq davam etdirir. İsrail qüvvələri Xan Yunis şəhərindəki Amal xəstəxanasını mühasirəyə alaraq xəstəxanaya sığınanları və bir əməkdaşını öldürüb. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNICEF Qəzzada 17 min uşağın yetim qaldığını açıqlayıb.
İsrail Qəzzada qətliamlar törədir. Oktyabrın 7-dən bəri İsrailin hücumları nəticəsində 27131 fələstinli həlak olub, 66 mindən çox insan isə yaralanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
İsrail qüvvələrinin Xan Yunis şəhərindəki Amal xəstəxanasını atəşə tutması nəticəsində xəstəxanaya sığınan 3 nəfər və bir işçi həlak olub.
Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail qüvvələrinin obyekti mühasirəyə almasından bu yana 43 nəfəri öldürdüyünü, 153 nəfəri yaraladığını açıqlayıb.
İsrail ordusu Qəzza zolağının mərkəzindəki Zaveyda bölgəsində də mülki vətəndaşları atəşə tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə