Bryanskda atışma törədən məktəblinin atası iki ay müddətinə həbs edilib

Bryansk gimnaziyasında atışma törədən məktəblinin atası iki ay müddətinə həbs edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Kişi fevralın 7-dək istintaq təcridxanasında saxlanılacaq. Qeyd edək ki, müvafiq qərarı Bryanskın Sovetski rayon məhkəməsi verib.

Deyilənlərə görə, Dmitri Afanaskinin odlu silah saxlamamaqda, həmçinin intihara təhrik etməkdə ittiham olunur.

Xatırladaq ki, dekabrın 7-də səhər saatlarında 8 “A” sinif şagirdi məktəbə atasının boruda gizlədilmiş nasoslu ov tüfəngi ilə gəlib.

O, biologiya sinfinə girərək sinif yoldaşlarına atəş açmağa başlayıb.

Bildirilib ki, qızın atası bir gün əvvəl ad gününü qeyd edib, bəlkə də qızı bu vəziyyətdən istifadə edərək silah oğurlayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə