Rusiyada “döyüş buryatları” fəallaşıb

...Rusiyada partizan hərəkatı getdikcə güclənir(?). Mühüm hərbi və logistika obyektlərində partlayışlar barədə mütəmadi olaraq xəbərlər gəlməkdədir.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna sərhədindən yeddi min kilometr aralıda yerləşən Buryatiyada bu dəfə ciddi narahatlıqlar yaşanır.

Bu hadisələrdə kimlər iştirak edə bilər və bunun nəticəsi nə olacaq sualına cavabı “Kanal 24” kanalına ukraynalı təlimatçı pilot Roman Svitan verir.

...Əvvəla qeyd edək ki, dekabrın 1-nə keçən gecə ruslar yenidən Ukraynaya pilotsuz təyyarə hücumlarına əl atıblar, Belə ki, qarşı tərəf 25 PUA buraxılıb, onlardan 18-i məhv edilib, iki X-59 sinif raketindən biri vurulub.

Svitana görə, indi ruslar optimal hesab etdikləri bu sxemə çatıblar: hər gecə 20-30 pilotsuz təyyarə və ya raket...

Ukraynalı hərbçi əmindir ki, ruslar Ukrayna ərazisindəki aerodromlara hücum etməyə cəhd ediblər. Gələcəkdə “F-16” təyyarələrinin yerləşə biləcəyi yerlərin tədqiqi üçün səylər göstərilir.

Eyni zamanda ruslar cəbhə xəttini KAB-500 sürüşmə bombaları ilə bombalamağa çalışır. Bu sursatlar müəyyən koordinatlar üzrə hərəkət etdiyindən düşmən onlardan hərəkət edən obyektlərə qarşı deyil, evlərə, mülki infrastrukturlara, yəni sadəcə olaraq dinc əhaliyə qarşı terror edirlər.

Svitana görə cəbhənin digər tərəfində “istilər başlayır”. Belə ki, Putinin mütəmadi olaraq səfər etdiyi Rostov-na-Donuda şəhərin mərkəzi yanır. Yanğın təxminən 3000 kvadratmetr ərazini əhatə edib. Məlumdur ki, burada ruslar həm anbar, həm də hərbi sursat üçün müvəqqəti yer kimi istifadə edə biləcək bazar var (idi).

Bundan başqa, noyabrın 30-na keçən gecə Buryatiyada Çin və Rusiyanı birləşdirən yeganə dəmir yoluna hücum edilib. Məlumdur ki, Baykal-Amur magistral xətti zədələnib.

Qeyd edək ki, Severnomuiski tuneli Rusiyanın ən böyük dəmir yolu tunelidir.

Hərbi analitik, Ukrayna xüsusi xidmət orqanlarının bu işə cəlb oluna biləcəyini və bu, qondarma “döyüş buryatlarını” cəlb edə biləcəyini söyləyir.

Maraqlıdır ki, Ukrayna Təhlükəsizlik Xidmətinin “uzun qolları” olduğunu bəyan edən ehtiyatda olan polkovnik, bu qolları yaxşı tanıdığı “döyüş Buryatları” tərəfindən uzadılacağını istisna etmir. Onun dediyinə görə, onlar hələ 2014-cü ildən döyüşürlər

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə