Onlar harada olmalarından asılı olmayaraq...həbs ediləcəklər

Belarus hakimiyyəti Belarus Xalq Respublikası Radasının üzvlərini hakimiyyəti ələ keçirmək üçün sui-qəsddə ittiham edib

Bu arada Belarus Baş Prokurorluğu Belarus Xalq Respublikası Radasının rəhbərliyinə və üzvlərinə qarşı cinayət işi açıb.

SİA-nın əldə etdiyi məlumata görə, sən demə, onlar hakimiyyəti ələ keçirmək üçün sui-qəsddə ittiham olunurlar. Beləliklə, prokurorlar Belarus Xalq Respublikası Radasının fəaliyyətində iştirak edən bütün insanları “harada olmalarından asılı olmayaraq: həm xaricdə, həm də Belarus ərazisində” müəyyən edib məsuliyyətə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, Belarus Xalq Respublikası Radası özünü mühacirətdə hökumət funksiyalarını yerinə yetirən Belarus xalqının nümayəndəsi hesab edir. Onun üzvləri Belarusdan kənarda yaşayırlar.

İyulda Rada Belarus hakimiyyəti tərəfindən ekstremist birləşmə kimi tanınıb.

Belarus Baş Prokurorluğunun bəyanatına görə, guya sentyabr ayında təşkilat “yeni iştirakçıları qanunsuz fəaliyyətə cəlb edən” tədbir keçirib.

Departament hesab edir ki, Rada rəhbərliyi digər “ekstremist təşkilatlar”, o cümlədən Svetlana Tixanovskayanın rəhbərlik etdiyi Birgə Keçid Nazirləri kabineti ilə “dağıdıcı səyləri” əlaqələndirir.

Şöbə onu da “müəyyən edib” ki, Belarus Xalq Respublikası Radası Ukrayna tərəfində vuruşan belaruslu könüllüləri, eləcə də siyasi məhbusları medallarla təltif edir. Baş Prokurorluq hesab edir ki, Belarus Xalq Respublikası Radası nasizmi və kollaborationizmi belə reabilitasiya edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə