Amerika Birləşmiş Ştatları (ABŞ) hazırda ölkədə yaşayan təxminən 14 600 əfqana müvəqqəti qoruma statusu veriləcəyini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi dünən əfqan qaçqınlarla bağlı açıqlama verib.
Açıqlamaya görə, 15 mart 2022-ci il ilə 20 sentyabr 2023-cü il tarixləri arasında ölkəyə daxil olan əfqan qaçqınlara müvəqqəti qoruma statusu veriləcək.
Bu çərçivədə təxminən 14 min 600 əfqan daha bu statusdan faydalana biləcək.
Bundan əlavə, hazırda ABŞ-da müvəqqəti himayə altında olan 3100 Əfqanıstan vətəndaşının statusu 18 ay uzadılacaq.
ABŞ-ın daxili təhlükəsizlik naziri Alexandro Mayorkas deyib:''Nazirlik bu müvəqqəti humanitar yardım vasitəsilə Əfqanıstan vətəndaşlarına dəstəyini davam etdirəcək”.
Nazirlik dünən hazırda ölkədə olan daha 472 min venesuelalıya müvəqqəti qoruma statusu veriləcəyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB