İslami geyim tərzinə “lağ edən” qadınlara 10 il həbs cəzası...

İran parlamenti “Hicab və İffət” Qanununu qəbul edib

Bu arada İran parlamenti İslami geyim tərzinə “lağ edən” qadınlara 10 il həbs cəzası nəzərdə tutan “Hicab və İffət” Qanununu qəbul edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, sənədin qəbulunun lehinə 152 deputat, əleyhinə 34 deputat səs verib, daha 7 deputat bitərəf qalıb.

İndi qanun layihəsi Keşikçilər Şurası tərəfindən təsdiqlənməlidir və bundan sonra qüvvəyə minəcək.

İndiki vaxtda qadınları polis orqanlarının nöqteyi-nəzərindən yaraşmayan görkəminə görə saxlayıb cərimə ödəməyə məcbur edirlər.

Qeyd edək ki, BMT-nin insan haqları üzrə ekspertləri yeni qanunu “gender aparteidinə bərabər” və qadınları tamamilə tabe olmağa məcbur etmək cəhdi adlandırıblar.

...İranlı qadınların sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları məhbuslara tez-tez işgəncə verir, hətta onları zorlayırlar.

Yei gəlmişkən bunu BBC-in Rus Xidməti yayıb

O da qeyd edilir ki, İran məhkəməsi cərimədən əlavə, geyim qaydalarını pozan şəxsi insan ləyaqətinin alçaldılmasına əsaslanan xüsusi terapiyadan keçməyə məcbur edə bilər.

İranlı səlahiyyətlilərin fikrincə, hicabın olmamasına görə cəzanın sərtləşdirilməsi dini qaydalara əməl olunmasına nəzarəti gücləndirəcək.

...Məsələ bundadır ki, 2022-ci ilin payızında ölkəni bürüyən etirazlardan sonra bir çox iranlı qadın ictimai yerlərdə hicabsız peyda olmağa başlayıblar.

Qeyri-rəsmi statistikaya görə, hazırda İslam Respublikasında qadınların təxminən 20 faizi küçələrə başıaçıq, cins şalvar və digər oxşar geyimlərdə çıxır.

Xatirladaq ki, İranda 1979-cu ildən, ölkədə radikal islamçıların hakimiyyətə gəlişindən bəri qadınlardan hicab taxmaq tələb olunur. Hicab taxmamaq və ya düzgün geyinməmək cərimə və ya həbslə nəticələnə bilər.

Ölkədə islam normalarına əməl olunmasına, o cümlədən hicab taxılmasına... hələ də əxlaq polisi nəzarət edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə