Bu arada jurnalistlər ötən ilin fevralından bəri Ukraynada öldürülən 32 164 rus əsgərinin adını müəyyənləşdiriblər. Tədqiqatçılar real ölənlərin sayının ən azı iki dəfə çox ola biləcəyini irəli sürürlər.
SİA-nın əldə etdiyi məlumata görə, BBC-nin Rus Xidməti və Mediazona Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri ölənlərin sayını hesablayır.
Qeyd edək ki, onlar yalnız açıq məlumatlardan istifadə edirlər.
Onu da qeyd edək ki, bu günə qədər Məhbuslar itkilərin ən böyük kateqoriyası olaraq qalırlar. Belə ki, indiyə qədər 6073 ölü məhkumun adı məlumdur, onların əksəriyyəti “Vaqner” PMC-nin tərkibində döyüşmüşlər. Lakin Rusiya Müdafiə Nazirliyi adından işə götürülən “Fırtına” məhbus dəstələrinin itkiləri ilə bağlı getdikcə daha çox xəbərlər ortaya çıxır.
İtkilərin sayına görə ikinci yerdə səfərbər olanlardır. İndiyə qədər 3613 nəfərin öldüyü məlumdur.
...Zabit korpusu da əhəmiyyətli itkilər verməkdə davam edir - 2440 komandirin öldüyü məlumdur.
Və adları çəkilən zabitlərin sayı iki həftə ərzində demək olar ki, 40 nəfər artıb.
Təbii ki, bu məlumatlar tam deyil. Etiraf edilməlidir ki, bunu jurnalistlər də bildirir. Burada yalnız adları və dəfn yerləri müəyyən edilə bilən ölülər daxildir. Digər tədqiqat üsulları nəzərəçarpacaq dərəcədə yüksək rəqəmlər verir.
Belə ki, Mediazona və Meduza-nın hesablamalarına görə, 2023-cü ilin may ayının sonuna qədər ölənlərin sayı təxminən 47 min nəfər olub. Analitiklər bu rəqəmi 2022-ci ilin fevralından başlayaraq döyüş yaşında olan kişilərin həddindən artıq ölüm hallarını öyrənərək əldə ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB