...Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun ratifikasiyası ilə bağlı
Moskva İrəvandan izahat istəyib

Moskva Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı İrəvandan izahat istəyib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlər üçün brifinqdə bildirib.

“Biz bununla bağlı artıq Ermənistan tərəfindən izahat istəmişik və İrəvanın cavabından asılı olaraq növbəti addımlarımızı müəyyən edəcəyik”, - deyə M.Zaxarova vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə