Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonu ad günü münasibətilə şifahi və yazılı təbrik edib.
SİA-nın əldə etdiyi məlumata görə, çərşənbə günü, avqustun 30-da Belarus prezidenti 69 yaşını qeyd edib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin əvvəlcə Lukaşenkoya təbrik teleqramı göndərib, sonra şəxsən ona zəng edib. Kremldən əlavə ediblər ki, telefon danışığı zamanı Rusiya lideri Lukaşenkonu “isti şəkildə təbrik edib”.
Onlar həmçinin qeyd ediblər ki, iki dövlət başçıları arasında söhbət zamanı “Rusiya-Belarus müttəfiqliyinin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyət” təsdiqlənib.
Xatırladaq ki, bundan əvvəl Lukaşenko Putinin Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğramasında əli olmadığını bildirmişdi.
Yeri gəlmişkən, Belarus prezidenti xüsusi hətbi əməliyyat ərəfəsində rusiyalı həmkarının xahişindən də danışıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB