Rusiyanın ən varlı qadınlarının siyahısı bəlli oldu - FOTO

Rusiyanın ən varlı qadınlarının siyahısı bəlli oldu - FOTO

“Forbes” jurnalının rus versiyası ölkənin ən varlı qadınlarını müəyyən edən araşdırmasının nəticələrini dərc edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, siyahıda yer alan 20 qadının sərvəti 25,7 milyard dollar olub.

Siyahının başında, əvvəllər olduğu kimi, "Wildberries" onlayn satış platformasının sahibi Tatyana Bakalçukdur. Məşhur iş qadınının sərvəti 7 milyard dollar olaraq hesablanıb.

Rusiyanın digər ən varlı qadınlarının siyahısı belədir:

Tatyana Litvinenko (PhosAgro-nun səhmdarı): 2,8 milyard dollar

Varvara Skok (məşhur oliqarx Əlişir Usmanovun ortağı Andrey Skokun qızı. USM Holdinqin 15 faiz səhmdarı): 2,5 milyard dollar.

Marina Mordaşova (məşhur oliqarx Aleksey Mordaşovun həyat yoldaşı. Nordgold-un 52 faiz səhmdarı): 1,85 milyard dollar

Lidiya Mixaylova (Çerkizova qrupunun sahibi): 1,55 milyard dollar

Yelena Baturina (Inteco Management-in sahibi. Moskvanın keçmiş meri Yuri Lujkovun arvadı): 1,3 milyard dollar

Viktoriya Mihelson (Novatek-in yaradıcısı Leonid Mihelsonun qızı): 1,2 milyard dollar

Yevgeniya Quryeva (Andrey Quryevin həyat yoldaşı, Fosagro şirkətinin təsisçisi): 875 milyon dollar

Yekaterina Fedun (“Lukoyl”un yaradıcısı Leonid Fedunun qızı. “Lukoyl”un 1,2 faiz səhmdarı): 800 milyon dollar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə