Yunanıstan sularından itələnən qeyri-qanuni mühacirlər xilas edilib

Yunanıstan sularından itələnən qeyri-qanuni mühacirlər xilas edilib

Türkiyənin Muğla vilayətinin sularında Yunanıstan tərəfinin Türkiyə sularına geri itələdiyi rezin qayıqlarda olan 22 qeyri-qanuni mühacir xilas edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Sahil Mühafizə Komandanlığının internet saytında yer alan məlumata görə, müxtəlif vaxtlarda Bodrum və Datça rayonları sahillərində rezin qayıqlar və xilasedici sallarda qeyri-qanuni mühacirlərin olduğu xəbərinə görə Sahil Mühafizə katerləri bölgəyə cəlb olunub.

Komandalar Yunanıstan tərəfinin yenidən Türkiyə ərazi sularına sıxışdırılan rezin qayıqlar və xilasedici sallarda olan 22 qeyri-qanuni mühaciri xilas edib.

Qeyri-qanuni miqrantlar Muğla Miqrasiya İdarəsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə