“Post-Rusiya Azad Xalqları Forumu”nun əsas məqsədi...

Rusiya “Post-Rusiya Azad Xalqları Forumu”nun keçirilməsi ilə bağlı Yaponiya səfirliyinə etiraz edib
“Post-Rusiya Azad Xalqları Forumu”nun əsas məqsədi...

...Avqustun əvvəlində Tokioda post-Rusiya azad dövlətlərinin yeddinci forumu keçirilib.

SİA TASS-a istinadən bildirir ki, Rusiya Tokioda “Post-Rusiya Azad Xalqları Forumu”nun toplantısının keçirilməsi ilə bağlı Yaponiyanın Moskvadakı səfirliyinə kəskin etirazını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Yaponiya təxribatların təkrarlanacağı təqdirdə Rusiyanın həssas cavab tədbirlərinə hazırlaşmalıdır.

Bir daha xatırladaq ki, avqustun əvvəlində Tokioda post-Rusiya azad dövlətlərinin yeddinci forumu keçirildi. Bundan sonra Yaponiya parlamentində görüş keçirilib.

...Və mart ayında Rusiya Baş Prokurorluğu “Post-Rusiya Azad Xalqları Forumu”nu “arzuolunmaz təşkilat” elan edib.

Yeri gəlmişkən bildirək ki, “Post-Rusiya Azad Xalqları Forumu” Rusiya Federasiyasından ayrılana qədər Rusiya regionları üçün daha çox müstəqillik tələb edən fəalları birləşdirən ictimai hərəkatdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə