''Ukrayna bu il tərəfdaşlarından 28 milyard dollar maliyyə dəstəyi alıb''

''Ukrayna bu il tərəfdaşlarından 28 milyard dollar maliyyə dəstəyi alıb''

Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, Ukrayna bu il tərəfdaşlarından 28 milyard dollar maliyyə dəstəyi alıb.

Hökumətin iclasında çıxış edən Denis Şmiqal tərəfdaşları tərəfindən Ukraynaya göstərilən maliyyə dəstəyinə toxunub.

SİA-nın əldə etdiyi məlumata görə, Baş nazir Denis Şmiqal deyib: "Biz bu il tərəfdaşlarımızdan 28 milyard dollar maliyyə dəstəyi aldıq. Bu çərçivədə Avropa İttifaqından 11 milyard dollar, ABŞ-dan isə 8 milyard dollardan çox maliyyə dəstəyi almışıq".

Denis Şmiqal dostlarına və müttəfiqlərinə dəstəyə görə təşəkkür edərək deyib: "Ukraynaya verilən hər bir dollar bizim davamlılığımıza, qələbəmizə, təhlükəsizliyimizə və sülhə qoyulan sərmayədir".

Ukraynanın artıq bütün daxili imkanlarını müharibəyə xərclədiyini qeyd edən Şmiqal müəssisələrin və vətəndaşların ödədiyi bütün vergilərin təhlükəsizlik və müdafiə qüvvələrinin ehtiyaclarını ödəmək üçün istifadə olunduğunu bildirib.

Yuxarıda qeyd olunan ehtiyaclar üçün artıq 1 trilyon 800 milyard qrivna (təxminən 48 milyard 500 milyon dollar) ayırdıqlarını bildirən Şmiqal bunun hələ yekun məbləğ olmaya biləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə