Bu isə məktəbi yandırmaq istəyirmiş...

Bu isə məktəbi yandırmaq istəyirmiş...

...İstintaq Komitəsi Samara vilayətinin 15 yaşlı sakinini məktəbi yandırmağa hazırlaşmaqda şübhəli bilərək, ona qarşı cinayət işi açıb.

SİA-nın əldə etdiyi məlumata görə, müstəntiqlər hesab edir ki, uşaq keçən ildən internetdə məktəblərdə kütləvi atışmalarla məşğul olan terror təşkilatının qurucuları haqqında videolara baxıb və bundan sonra Samara vilayətində məktəbi yandırmağa hazırlaşıb.

İdarədən bildiriblər ki, bunun üçün o, komponentləri alıb və evdə hazırlanmış yandırıcı qarışığı hazırlamağa başlayıb.

İyul ayında onun cinayət əməlləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Samara vilayəti üzrə İdarəsinin əməkdaşlarına məlum olub.

“Komsomilskiy Pravda” yazır ki, oğlan dörd “Molotov kokteyli” ilə anbara gedərkən saxlanılıb.

Hazırda yeniyetmə ev dustaqlığına buraxılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə