Malatyada inşaat materialları aşdı - 3 işçi ağır yaralandı

Malatyada inşaat materialları aşdı - 3 işçi ağır yaralandı

Türkiyənin Malatya şəhərində 10 mərtəbəli yaşayış binasının xaricində iş aparılan zaman inşaat materialları anidən aşıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 işçi yaralanıb.

Hadisə yerinə çox sayda polis və sağlamlıq qrupları sövq edilib, yaralılar Malatya Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Xəstəxanada müalicə alan işçilərin səhhətinin ağır olduğu öyrənilib.

Faktla bağlı istintaq hələ də davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə